Hüseyn Saltuk Düzyolun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

19 sentyabr 2018, 17:56

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsinin vaxtında və keyfiyyətlə icra olunmasında xidmətlərinə görə layihənin Baş icraçı direktoru Hüseyn Saltuk Düzyol “Dostluq” ordeni ilə təltif edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri,19 sentyabr 2018-ci il.

SƏNƏDLƏRSərəncamlar19 oktyabr 2018
11:15
“Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 12 oktyabr tarixli 1281-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-c...

19 oktyabr 2018, 11:15