18 sentyabr 2018, 15:50

Azad Abbasov və başqalarından, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident.

Bu günlərdə sevincimizin həddi-hüdudu yoxdur. Çünki yeni dərs ilinə əsaslı təmir olunmuş məktəbdə başlayırıq.

2016-cı ilin aprel döyüşləri zamanı düşmənin atdığı top mərmilərindən biri Tərtər şəhər 6 saylı tam orta məktəbinə ciddi ziyan vurmuşdu. Sizin diqqət və qayğınızla məktəbimiz əsaslı şəkildə təmir olundu, sinif otaqları zəruri avadanlıqlarla təchiz edildi. Bir sözlə, 640 şagird yerlik məktəbimizdə əvvəlkindən də yaxşı şərait və səliqə-sahman yaradılıb.

Məktəbimizin müasir tələblər səviyyəsində təmiri və öz görkəmini dəyişməsi müəllim və şagirdlər, eləcə də valideynlər tərəfindən razılıq hissi ilə qarşılanır.

Möhtərəm cənab Prezident, bu sevinci bizə yaşatdığınıza görə məktəbimizin çoxsaylı kollektivi adından Sizə minnətdarlığımızı bildiririk. Çalışacağıq ki, bizə göstərilən diqqət və qayğıya cavab olaraq bunda sonra dərslərimizi daha yüksək səviyyədə tədris edək, ölkəmiz üçün bacarıqlı və bilikli vətəndaşlar yetişdirək.

Hörmətlə,

Abbasov Azad

Zamanova Zümrüd

Quliyeva Tahirə və başqaları.

Azərbaycan Respublikası, Tərtər rayonu.