17 sentyabr 2018, 19:30

İbad Tağıyev və başqalarından, Masallı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Yürütdüyünüz uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan gündən-günə inkişaf edir, dünyada qüdrətli dövlət kimi tanınır. Xarici ölkələrə, həmçinin respublikanın müxtəlif bölgələrinə səfərlərinizi maraqla izləyir, beynəlxalq əlaqələrin gücləndirilməsi və xalqımızın rifah halının yaxşılaşdırılması istiqamətində görülən işləri alqışlayırıq.

Sizin diqqət və qayğınız sayəsində respublikanın hər yerində olduğu kimi, Masallı rayonunda da böyük tikinti-quruculuq və abadlıq işləri aparılır. Ən ucqar kəndlərimizə belə qaz xətti çəkilir, yollar asfaltlanır, səhiyyə ocaqları və sosial obyektlər tikilərək istifadəyə verilir. Bu yaxınlarda mərkəzi rayon xəstəxanası əsaslı təmirdən sonra əhalinin istifadəsinə verildi. Bu səhiyyə ocağında yaradılan gözəl şəraitdən istifadə edərək yüksək səviyyədə müalicə alırıq.

Möhtərəm cənab Prezident, biz böyrək çatışmazlığından əziyyət çəkən, dializ aparatından asılı yaşayan xəstələr olaraq göstərilən diqqət və qayğıya görə Sizə və Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildirir, doğma Azərbaycanımızın inkişafına xidmət edən fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Allah Sizi qorusun.

Hörmətlə,

Tağıyev İbad Əlişan oğlu

Əkbərov Əfsər Hilal oğlu

Hüseynova Zülfinaz Musa qızı

Əhədov Səfəralı Məmməd oğlu və başqaları.