17 sentyabr 2018, 19:00

Yaşar Behbudovdan, Tərtər, Azərbaycan

Hörmətli cənab Prezident.

2016-cı ilin aprel döyüşləri zamanı məktəbimiz düşmən atəşi nəticəsində yararsız hala düşmüşdü. Sizin Sərəncamınızla İntiqam Həsənov adına 140 şagird yerlik Qazyan kənd ümumi orta məktəbi əsaslı şəkildə təmir olundu. İndi bizim müasir avadanlıqlarla təchiz olunmuş gözəl məktəbimiz, geniş, işıqlı sinif otaqlarımız var. Yeni tədris ilində yeni məktəbdə başlayırıq.

Cənab Prezident, cəbhə bölgəsində yaşayan insanlara, müəllim və şagirdlərə, ümumilikdə təhsilə göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı bildiririk.


Hörmətlə,

Behbudov Yaşar.

Azərbaycan Respublikası, Tərtər rayonu, Qazyan kəndi.