15 sentyabr 2018, 16:00

Vahid Nəsirovdan, Kürdəmir, Azərbaycan

Möhtərəm cənab Prezident.

Mən ahıl bir insan kimi dünyanın çox üzünü görmüşəm. Bu gün öz ölkəmə baxanda sevinir, fərəh hissi duyuram. Sizin apardığınız məqsədyönlü siyasət nəticəsində Azərbaycan sanki bir cənnətə çevrilib. Respublikamızda aparılan abadlıq-quruculuq işlərindən Kürdəmir rayonuna da böyük pay düşüb.

Yerlərdə insanların problemlərinə həssas münasibət göstərilməsi, onların həlli üçün lazımi tədbirlərin görülməsi xalqla Sizin aranızdakı isti münasibəti daha da gücləndirir.

Kənd zəhmətkeşlərinin əsas məşğuliyyət sahəsi olan kənd təsərrüfatının dirçəldilməsi üçün son illərdə görülən işlər bizi sevindirir. Hazırda rayonumuzda pambıq yığımı uğurla gedir və yaxşı məhsul götürəcəyimizə ümid edirik.

Çox hörmətli cənab Prezident, bu ahıl yaşımda Vətənimizin inkişafını görmək məndə yaşamaq eşqini daha da artırır. Buna görə Sizə dərin minnətdarlığımı bildirirəm. Mən bir şəhid atası olaraq Sizin daxili və xarici siyasətinizi hər zaman dəstəkləmişəm və bundan sonra da dəstəkləyəcəyəm.

Hörmətlə,

Nəsirov Vahid Hamar oğlu.

Azərbaycan Respublikası, Kürdəmir rayonu, Qoçulu kəndi.