15 sentyabr 2018, 14:50

Maarif Əsədovdan, Laçın, Azərbaycan

Hörmətli cənab Prezident.

Ölkə əhalisinin həyat səviyyəsinin yaxşılaşdırılması, hər bir vətəndaşa xüsusi diqqət və qayğının göstərilməsi Sizə bəslənən ümumxalq məhəbbətini gündən-günə artırır. Biz məcburi köçkünlər də Sizin sayənizdə dövlət qayğısı ilə tam əhatə olunmuşuq.

Ağcabədi rayonunda məskunlaşmış bir laçınlı məcburi köçkün kimi mən 2011-ci il dekabrın 24-nü ən xoş günlərdən biri kimi xatırlayıram. Həmin gün Siz öz ad gününüzdə məcburi köçkünlərlə bir yerdə idiniz. Bizimlə görüş zamanı söylədiyiniz "Bu gün mən öz ailəmlə birlikdəyəm, mənim ailəm sizsiniz" sözləriniz bizi çox təsirləndirmişdi. Bu sözlər Sizin insan amilinə, qayğıya ehtiyacı olan vətəndaşlara verdiyiniz önəmi, diqqəti göstərir.

Əziz Prezidentimiz, ölkə vətəndaşlarına bəslədiyiniz belə qayğıkeş münasibətə görə bütün laçınlılar adından Sizə dərin minnətdarlığımı bildirirəm. Siz müdrik Ali Baş Komandan olaraq bizi müdafiə etdiyiniz kimi, biz də müsəlləh əsgər olaraq hər zaman Sizinləyik.

Hörmətlə,

Əsədov Maarif Muğan oğlu.

Azərbaycan Respublikası, Laçın rayonu, Dambulaq kəndi.