“Azərbaycan” qəzetinin kollektivinə

14 sentyabr 2018, 19:25

Sizi “Azərbaycan” qəzetinin 100 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir və fəaliyyətinizdə uğurlar arzulayıram.

Müstəqil dövlətçilik tariximizdə öz yeri olan, milli mətbuatımızın inkişafına əvəzsiz töhfələr verən “Azərbaycan” qəzeti 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı kimi fəaliyyətə başlamışdır. Cəmi iki il işıq üzü görmüş və birinci respublikanın süqutu ilə fəaliyyətini dayandırmış qəzet nəşr olunduğu qısa dövr ərzində görkəmli ziyalıların, tanınmış ictimaiyyət nümayəndələrinin tribunasına çevrilərək, xalqımızın maariflənməsində, müstəqillik ideallarının gerçəkləşməsində, mədəniyyətinin yüksəlişində, mənəvi dəyərlərinin qorunmasında önəmli rol oynamışdır.

XX əsrin sonlarında ölkəmiz yenidən müstəqilliyə qovuşduqdan sonra nəşri bərpa olunmuş “Azərbaycan” qəzeti öz ənənələrini davam etdirərək, milli dövlət quruculuğu prosesində fəal iştirakı ilə seçilmişdir. Demokratik inkişafın tərkib hissəsi kimi söz və məlumat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti üçün əlverişli şəraitin yaradılması milli mətbuatımızın, o cümlədən “Azərbaycan” qəzetinin öz missiyasını daha səmərəli şəkildə yerinə yetirməsinə yeni imkanklar açmışdır. Qəzet peşəkarlıq, obyektivlik və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etmiş, ölkəmizin sosial-iqtisadi tərəqqisi, vətəndaş cəmiyyətinin formalaşması, milli həmrəyliyin möhkəmlənməsi və digər sahələrdə həyata keçirilən dövlət siyasəti barədə həqiqətlərin Azərbaycan ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdir.

Respublikamızın dinamik inkişaf etdiyi, cəmiyyət həyatının bütün sahələrinin yeniləşdiyi müasir dövrdə, habelə çoxsaylı informasiya resurslarının fəaliyyəti ilə şərtlənən rəqabət mühitində mətbuatımız ümummilli məsələlərin həlli, cəmiyyətimizin rifahı naminə üzərinə düşən vəzifələri daha böyük əzmlə yerinə yetirməyi bacarmalıdır. Əminəm ki, “Azərbaycan” qəzetinin kollektivi də qarşıdakı dövrdə bu çətin və şərəfli işin öhdəsindən uğurla gələcək.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 sentyabr 2018-ci il.

SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:06
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının...

24 aprel 2024, 13:06
SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:04
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD...

24 aprel 2024, 13:04