13 sentyabr 2018, 17:55

Olqa Jabina və başqalarından, İsmayıllı, Azərbaycan

Hörmətli cənab Prezident.

İsmayıllı rayonunun İvanovka kənd Mədəniyyət Sarayının əsaslı təmir edilməsi haqqında Sərəncamınıza və bunun üçün vəsaitin ayrılmasına görə N.V.Nikitin adına kolxozun üzvləri, İvanovka kəndinin ziyalıları və gəncləri Sizə səmimi qəlbdən dərin təşəkkürlərini bildirirlər.

Bizi və problemlərimizi daim diqqətdə saxladığınıza görə Sizə ürəkdən minnətdarıq. Kəndimizin Mədəniyyət Sarayı həm mədəniyyət ocağı, həm də N.V.Nikitinin əməksevərliyinə və vətənpərvərliyinə xatirədir. Bu saray bizim fəxrimiz, çoxsaylı turistlərin və rəsmi nümayəndə heyətlərinin sevimli yeridir.

Ümummilli liderimiz Heydər Əliyevin xatirəsi Azərbaycanın hər bir vətəndaşının qəlbində əbədi yaşayacaq. Siz onun siyasi xəttini ləyaqətlə davam etdirir, bizim etibarlı qarantımız, həmçinin ölkəmizdə sülhün, ədalətin və dövlətimizin dinamik inkişafının təminatçısısınız.

Sizə möhkəm cansağlığı və firavanlıq, gələcək planlarınızın həyata keçirilməsində uğurlar, bizim gözəl Azərbaycanımız naminə bütün təşəbbüslərinizin reallaşmasını arzu edirik.

İvanovka kəndinin sakinləri adından dərin hörmət və məhəbbətlə,

Jabina Olqa

Novoseltsev Vasili

Radayeva Olqa

Vaqiyev Mahir

Kazakov Pavel

Prokofyev İvan

Salmanov Tofiq.

Azərbaycan Respublikası, İsmayıllı rayonu, İvanovka kəndi.