13 sentyabr 2018, 17:50

Zubeyir Quliyevdən, Salyan, Azərbaycan

Hörmətli cənab Prezident.

Biz kənd sakinləri Sizin gördüyünüz işləri həmişə dəstəkləmişik, bu gün də dəstəkləyirik. Fəxr edirik ki, Azərbaycanın adı dünyanın inkişaf etmiş ölkələrinin sırasında çəkilir. Bütün bunlar ümummilli liderimiz Heydər Əliyevin və Sizin sayənizdə mümkün olub. Buna görə Sizə "Çox sağ olun" deyirəm.

Eyni zamanda, qeyd etmək istəyirəm ki, şəhər və rayonlarda, kənd və qəsəbələrdə səliqə-sahmanın yaradılması, insanları narahat edən məsələlərin həlli çox sevindiricidir.

Bizim kəndimizdə yeni sutəmizləyici qurğu quraşdırılıb, avtomobil yolları asfaltlanıb. Problemlərin həll edilməsi insanların təsərrüfat işləri ilə daha həvəslə məşğul olmalarına zəmin yaradır.

Əziz Prezidentimiz, bir qocaman neftçi olaraq hər zaman Sizə duaçıyam. Yaşasın qüdrətli Azərbaycan və onun müdrik Prezidenti İlham Əliyev!

Hörmətlə,

Quliyev Zubeyir Sabir oğlu.

Azərbaycan Respublikası, Salyan rayonu, Kərimbəyli kəndi.