12 sentyabr 2018, 16:15

Qafil Şirəliyevdən, Masallı, Azərbaycan

Hörmətli cənab Prezident.

Son illər Azərbaycan çox sürətlə inkişaf edir. Sizin həyata keçirdiyiniz uğurlu daxili və xarici siyasət, ölkəmizdə icra olunan qlobal layihələr, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları respublikamızın Cənubi Qafqazda aparıcı mövqe tutmasını təmin edib, beynəlxalq təşkilatlarda böyük nüfuz qazanmasına səbəb olub. Makroiqtisadi sabitlik, həyata keçirilən böyük infrastruktur layihələri vətəndaşların maddi rifah halının yaxşılaşmasına, əhalinin sosial müdafiəsinin güclənməsinə xidmət edir.

Möhtərəm cənab Prezident, Masallı rayonunda sənaye, kənd təsərrüfatı sürətlə inkişaf edir, quruculuq işləri genişlənir, şəhərdə yeni küçələr, yaşıllıqlar salınır, yollar asfaltlanır, kəndlərə içməli su xətləri çəkilir. Sizin diqqət və qayğınız sayəsində rayonun Əminli-Birinci Səmədxanlı avtomobil yolu əsaslı şəkildə yenidən qurulub. Bu, kənd sakinlərinin rayon mərkəzinə gediş-gəlişini xeyli asanlaşdırıb.

Bütün bunlara görə şəxsən öz adımdan və kənd sakinləri adından Sizə dərin təşəkkürümüzü bildirir, uzun ömür, möhkəm cansağlığı arzulayıram.

Hörmətlə,

Şirəliyev Qafil.

Azərbaycan Respublikası, Masallı rayonu, Alışanlı kəndi.