11 sentyabr 2018, 17:40

Nəriman İsmayılov və başqalarından, Mingəçevir, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin uğurlu sosial-iqtisadi siyasətiniz sayəsində şəhər və rayonlarla yanaşı, kəndlərdə də insanların problemləri öz müsbət həllini tapır. Artıq Zərdab rayonunun mərkəzində olduğu kimi, Birinci Alıcanlı, İkinci Alıcanlı və Cilovxanlı kəndlərində də daimi su, işıq və təbii qaz var.

Cənab Prezident, kəndlilərə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildirir, möhkəm cansağlığı arzulayırıq. Bu xoş günləri bizə bəxş etdiyinizə görə Sizə - son 15 ildə respublikamızda baş verən sosial-iqtisadi inkişafın memarına dərin minnətdarlığımızı və sevgilərimizi bildiririk. Həmçinin əslən Zərdab rayonunun Alıcanlı kəndindən olduğumuz üçün kəndimizə göstərdiyiniz qayğıya görə Sizə sonsuz təşəkkürümüzü bildirir və gələcək fəaliyyətinizdə tükənməz enerji, yeni-yeni uğurlar arzulayırıq. Azərbaycanımızın inkişafı, xalqımızın xoşbəxt gələcəyi istiqamətində fəaliyyətinizdə Sizə və Mehriban xanıma möhkəm cansağlığı, tükənməz el məhəbbəti arzu edirəm.

Allah Sizi və ailənizi qorusun.

Hörmətlə,

İsmayılov Nəriman

Manaflı Gülbikə

İsmayılov İlham

Şükürov Ağasən

İsmayılova Aidə və başqaları (cəmi: 20 nəfər)

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.