11 sentyabr 2018, 14:15

Eynulla Ramazanov və başqalarından, Lerik, Azərbaycan

Hörmətli Prezident,

Sizin Piran-Hamarat-Vıjaker avtomobil yolunun tikintisi ilə bağlı Sərəncam verməyiniz bizim böyük sevincimizə səbəb oldu. Bir neçə ay öncə rayonumuzda 3 yeni məktəb binasının tikintisi ilə bağlı imzaladığınız Sərəncamla sakinlər kimi biz müəllimləri də sevindirmişdiniz. İmzaladığınız sərəncamlar bu günümüzə, gələcəyimizə işıq saçır. Bundan sonra əsas problemimiz olan yollarda rahat hərəkət edəcək, müasir məktəblərdə dərs deyəcəyik. Bizə yaratdığınız bu şəraitə görə Sizə minnətdarlığımızı bildiririk.

Yollarınız daim uğurlu və işıqlı olsun!

Tülüconu kəndinin ziyalıları adından

Ramazanov Eynulla,

Dövlətov İltifat,

Cabbarov Elxan,

İbadov Baxşiəli.

Azərbaycan Respublikası, Lerik rayonu, Tülüconu kəndi.