10 sentyabr 2018, 11:50

Tehran Əmiraslanov, Quba, Azərbaycan

Hörmətli cənab Prezident,

Siz neçə illərdir ki, ölkəmiz üçün böyük və əvəzolunmaz işlər görürsünüz. Sizin Azərbaycana rəhbərliyiniz dövründə bizim rayonda da əsaslı yenidənqurma və geniş abadlıq işləri aparılmışdır. Kənd yollarının çəkilməsi, rayon mərkəzinin yüksək səviyyədə abadlaşdırılması, infrastrukturun yaxşılaşdırılması, tikilib istifadəyə verilən ictimai-sosial obyektlər göz qabağındadır.

Əziz Prezidentimiz, bütün bu işlərə görə, həm öz adımdan, həm də rayon sahibkarları adından Sizə təşəkkürümü bildirirəm. Biz gənc iş adamları daim Sizinləyik.

Hörmətlə,

Əmiraslanov Tehran Bəhram oğlu

sahibkar

Azərbaycan Respublikası, Quba rayonu.