10 sentyabr 2018, 11:00

Aldos Ağayev, İmişli, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin apardığınız siyasət nəticəsində ölkəmizin rifahı naminə çoxlu böyük nailiyyətlər əldə olunub. Biz Telişli kəndində təsərrüfat işləri zamanı suvarma ilə bağlı böyük çətinliklərlə üzləşirdik. Baxmayaraq ki, kəndimiz Kür çayı yaxınlığında yerləşir, becərdiyimiz əkin sahələrini suvarmaq üçün su kanalı yox idi. Bununla bağlı müraciət etdik. Cənab Prezident, qısa müddət ərzində həmin əraziyə su kanalı çəkildi və bir neçə kəndi əhatə edən ərazidə əkin-biçin işləri zamanı uzun illərdir yaranan problem öz müsbət həllini tapdı.

Çox sağ olun ki, ölkə əhalisinin rifahını düşünür və bu işləri həyata keçirirsiniz. Biz də öz tərəfimizdən bunu alqışlayır, Sizi dəstəkləyirik və Sizə öz dərin təşəkkürümüzü bildiririk.

Telişli kənd sakinləri adından

Ağayev Aldos Qulaməli oğlu

Azərbaycan Respublikası, İmişli rayonu, Telişli kəndi