06 sentyabr 2018, 16:40

Elnarə Əzizovadan, Abşeron, Azərbaycan

Hörmətli Mehriban xanım.

Möhtərəm Prezidentimizin və Sizin tapşırıq və göstərişlərinizlə ölkəmizdə məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Bu tədbirlər nəticəsində minlərlə məcburi köçkün ailəsi yeni mənzillərlə təmin edilib. Mənzil sahibi olan məcburi köçkünlərdən biri də mənəm.

Mən Abşeron rayonunun Masazır qəsəbəsində yeni, hər cür şəraiti olan evlə təmin olunmuşam. Buna görə Sizə təşəkkür edirəm.

Hörmətlə,

Əzizova Elnarə.

Azərbaycan Respublikası, Abşeron rayonu, Masazır qəsəbəsi.