Lahıc qəsəbəsinə təbii qazın verilməsi mərasimində İlham Əliyevin nitqi

26 avqust 2018, 13:30
Lahıc qəsəbəsinə təbii qazın verilməsi mərasimində İlham Əliyevin nitqi

Mən sizi salamlayıram. Çox şadam ki, Lahıc qəsəbəsinə gəlmişəm. Uzun illərdir ki, istəyirdim gəlim. Amma Prezident kimi ilk səfərimdir. Əvvəllər dəfələrlə olmuşam, siz də bunu yaxşı bilirsiniz. İstəyirdim əliboş gəlməyim. Ona görə bir az vaxt apardı. Ancaq bu səfər ərəfəsində Lahıc qəsəbəsində çox önəmli hadisələr baş vermişdir. Birincisi, biz bu gün Dəmirçi-Lahıc avtomobil yolunun açılışını qeyd etdik. Bu, hesab edirəm ki, tarixi bir layihədir. Lahıc qəsəbəsini Şamaxı rayonu ilə birləşdirir. Əvvəlki yol keçilməz idi. Heç yük maşını ilə getmək mümkün deyildi. İndi isə mən özüm bu yolla gəlmişəm. Çox rahat, gözəl yoldur, təhlükəsiz yoldur. Bakıdan Lahıca gələn turistlər üçün də, vətəndaşlar üçün də çox rahat bir yoldur. Həm daha qısadır, həm də təhlükəsiz getmək mümkündür.

Keçən il mən Dəmirçi kəndində olarkən, kəndin inkişafı ilə bağlı göstərişlər vermişəm. Bu gün orada tarix muzeyinin açılışını qeyd etdik. Dəmirçi kəndi də Lahıc qəsəbəsi ilə tarixən bağlı olan bir kənddir. Ona görə indi gediş-gəliş də çox rahat olacaq.

Lahıc qəsəbəsinin təhsil məsələlərinin həlli də diqqət mərkəzindədir. Bilirəm, belə təkliflər də olubdur ki, yeni məktəb tikilsin. Keçən il Sərəncam verildi və bu gün biz bu məktəbin açılışını etdik. Gözəl, 400 şagird yerlik məktəbdir. Hazırda burada təxminən 200-dən çox şagird oxuyur. Amma gələcəkdə əhali artacaq, uşaqların sayı artacaq. Elə məktəb tikmişik ki, gələcəkdə də Lahıc qəsəbəsinin ehtiyacını tam ödəsin.

Əlbəttə ki, Lahıc qəsəbəsinə təbii qazın çəkilişi də tarixi layihədir. Siz yaxşı bilirsiniz ki, qaz xətlərini çəkmək çox çətin məsələdir, həm maliyyə baxımından, həm texniki baxımdan. Ancaq Lahıcın Azərbaycanda xüsusi yerini nəzərə alaraq, biz bu böyük layihəni də icra etdik. İndi biz təbii qazın verilməsini sizinlə birlikdə qeyd edəcəyik.

Yəni, bir daha demək istəyirəm, mən bu gün gəlmişəm ki, bu tədbirlərdə iştirak edim və sizinlə görüşüm. Şadam ki, Lahıc sakinlərinin xahişləri tam yerinə yetirilib. Əgər əlavə xahişlər olarsa, siz mənə deyin, biz onları da həll edərik ki, bu tarixi, qədim qəsəbə öz inkişafını bundan sonra da təmin etsin.

Lahıc tarixi bir yerdir, qədim yaşayış diyarıdır. Burada yaşayan insanlar çox istedadlı insanlardır. Sizin misgərlik sənətiniz, digər sahələrdə fəaliyyətiniz lahıclıların nə qədər istedadlı olduğunu göstərir. Eyni zamanda, Lahıcdan bir çox görkəmli şəxsiyyətlər olub, bu gün də var - alimlər, ziyalılar, ictimai xadimlər. Yəni, Lahıc çox dəyərli insanlar yetişdirib. Hesab edirəm ki, təhsil məsələsində də siz ön sıralardasınız. Mənə indi məlumat verildi ki, Lahıc məktəbini bitirən şagirdlər Azərbaycanın ali məktəblərinə yüksək ballarla daxil olurlar. Yəni, bu, onu göstərir ki, qəsəbənin çox dərin kökləri var, mədəniyyəti var. Bu mədəniyyət özünü göstərir. Çünki Lahıc nəinki Azərbaycanda, bizim regionumuzda unikal yaşayış yeridir. Təsadüfi deyil ki, Lahıca minlərlə, on minlərlə turist gəlir. İndi Şamaxı-Lahıc yolu ilə daha da çox gələcəklər. Əminəm ki, turistlərin axını daha da artacaq. Bu qəsəbənin özəlliyi ondadır ki, burada çox nadir memarlıq ansamblı mövcuddur.

İndi Lahıcın memarlığı, küçələri, binaları özlüyündə bir milli sərvətdir. Burada işləyən, yaşayan insanların əl işləri də, əlbəttə ki, bu qəsəbəni dünya səviyyəsində təqdim edir. Təsadüfi deyil ki, dünyanın aparıcı televiziya kanallarında Lahıcla bağlı verilişlər gedib və bu gün də gedir. Həm “Euronews”, həm başqa aparıcı televiziya kanallarında, qonşu ölkələrin kanallarında indi çox gözəl reportajlar verilir. Bu da Azərbaycanın şöhrətini daha da artırır və Lahıca gələcək turistlərin sayını da artırır.

Turizm Azərbaycanda prioritet istiqamətlərdən biridir. Mənə verilən məlumata görə, Lahıcda otellər tikilir, bir otel indi məktəbin önündə inşa edilir. Mən bunu da alqışlayıram. Bax, turistlərin sayı 2016-cı ildə 22 faiz, 2017-ci ildə 20 faiz, bu ilin 7 ayında 9 faiz artıb və bu proses davam edir. Hər gələn turist xidmət sektorunun inkişafına xidmət göstərir. Mən istəyirəm ki, hər bir yerdə, ölkəmizin hər bir guşəsində insanlar daha da yaxşı yaşasınlar, onların həyat səviyyəsi yüksəlsin, dolanışıq yaxşı olsun. Ona görə biz bütün lazımi infrastruktur layihələrini icra edirik, o cümlədən İsmayıllı rayonunda. Mən dünən İsmayıllı rayonunun bəzi obyektlərinin açılışında olmuşam. Həm yeni heyvandarlıq kompleksi, aqropark, yarımstansiya, yollar – bütün bunlar İsmayıllı rayonunun inkişafına xidmət göstərir. İsmayıllı rayonunda qazlaşdırmanın səviyyəsi 75 faizdir. Biz içməli su layihəsini icra etmişik, İsmayıllı şəhərinin içməli su problemi həll olunub. Bir çox kənd yolları salınıb. Dünən istifadəyə verdiyimiz yarımstansiya nəinki İsmayıllı rayonuna, qonşu rayonlara da enerji ötürür. İndi yarımstansiya ancaq 40 faiz gücü ilə işləyir. Yəni, İsmayıllı rayonunun gələcək inkişafı üçün bizdə indi bütün enerji təsərrüfatı mövcuddur.

Dünən mən xalçaçılıq fabrikinin açılışında iştirak etmişəm. Orada 150 qadın işlə təmin olunub, xalçaçılıq sənətini yaşadır, yaxşı maaş alır. Yəni, bu gün Azərbaycan reallıqları budur. Ən ucqar yerdə infrastruktur yaradılır, təhsil müəssisələri tikilir, yollar, qaz xətləri çəkilir ki, insanlar rahat yaşasınlar. Əminəm ki, yolun, qazın çəkilişindən sonra Lahıca gələn qonaqların - həm Azərbaycan vətəndaşlarının, həm də xarici vətəndaşların sayı qat-qat artacaq.

Mən şadam ki, bu gün sizinlə birlikdəyəm. Mən lahıclılarla müxtəlif sərgilərdə dəfələrlə görüşmüşəm - Bakıda, Mehriban xanımın xətti ilə Heydər Əliyev Fondunun tədbirlərində, xarici ölkələrdə lahıclılar öz sənətini nümayiş etdirirlər. Hər dəfə də onlar məni dəvət edirdilər, mən də hər dəfə deyirdim ki, gələcəyəm. Amma bir daha demək istəyirəm, istəyirdim ki, əliboş gəlməyim. Sizi bir daha təbrik edirəm.

SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:58
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

19 aprel 2024, 16:58
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:56
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik...

19 aprel 2024, 16:56
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:54
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                           

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli...

19 aprel 2024, 16:54
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:52
“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29...

19 aprel 2024, 16:52
SƏNƏDLƏR Sərəncamlar 17 aprel 2024
16:55
Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...

17 aprel 2024, 16:55
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:55
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə...

16 aprel 2024, 13:55
SƏNƏDLƏR Qanunlar 16 aprel 2024
13:53
“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alır:

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi...

16 aprel 2024, 13:53
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:51
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1129-VIQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

16 aprel 2024, 13:51