Dövlətlərarası Aviasiya Şurasının prezidenti, Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodinadan

31 avqust 2018, 18:05

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya

Çox hörmətli Mehriban Arif qızı.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Siz bizim xeyirxahlıq, diqqət və qayğı, sevimli Azərbaycanımızın intellektual və mədəni sərvətinin sönməyən işığını saçırsınız. Sizin fəal həyati mövqeyiniz və enerjiniz nikbinlik, zəhmətsevərlik və həyat eşqi aşılayır, yorulmadan irəli getməyə və uğurlar əldə etməyə ruhlandırır. Siz Azərbaycanın qürur duymağa haqqı olan bu dünyanın dahi qadınısınız. Mən Sizə heyranam və qarşınızda baş əyirəm. Hər zaman belə pozitiv, heyrətamiz və hər bir mənada belə gözəl qalın. Sizə çox hörmətli Prezident İlham Heydər oğlu ilə birlikdə firavanlıq və səadət arzu edirəm. Sizin hər bir gününüz dostlarınızın təbəssümü və doğmalarınızın sevgisi ilə dolsun. Ən xoş arzularımı Sizə çatdırıram.

Dərin hörmətlə,

Tatyana Anodina

Dövlətlərarası Aviasiya Şurasının prezidenti, Dövlətlərarası Aviasiya Komitəsinin sədri

SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10