21 avqust 2018, 12:30

Həqiqət Abdullayevadan, İsmayıllı, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin uzaqgörənliyiniz və gərgin əməyiniz sayəsində respublikamızın inkişafı ölkəmizin hər bir vətəndaşı kimi, biz ismayıllılıları da sevindirir. Ölkəmizdəki mövcud problemlərin həlli üçün zəruri tədbirlər görülür, yeni yollar çəkilir, kommunikasiya xətləri yenilənir, yaşayış məntəqələrinin infrastrukturu ildən-ilə yaxşılaşdırılır.

Son illərdə İsmayıllıda görülən işlər şəhər sakinlərinin rahat yaşamasına və problemlərinin aradan qaldırılmasına səbəb olub. Küçələrə asfalt örtük döşənir ki, bu da sakinlərin sevincinə səbəb olur.

Cənab Prezident, görülən bütün işlərə görə Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Çox sağ olun.

Hörmətlə

Abdullayeva Həqiqət Zaman qızı.

Azərbaycan Respublikası, İsmayıllı rayonu.