21 avqust 2018, 11:30

Səbuhi Hacıyevdən, Bərdə, Azərbaycan

Möhtərəm cənab Prezident.

Mənəvi dəyərlərimizin təbliği işinə göstərdiyiniz böyük diqqətə, o cümlədən Mənəvi Dəyərlərin Təbliği Fondu vasitəsilə biz din xadimlərinə verdiyiniz maddi dəstəyə görə şəxsən öz adımdan və dini icmamızın təsisçiləri adından Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

Biz din xadimləri bundan sonra da mənəvi dəyərlərimizin təbliği istiqamətində səylərimizi əsirgəməyəcəyik.

Uca Allah daim Sizi və dövlətimizi qorusun.

Dərin hörmətlə,

Hacıyev Səbuhi, Uğurbəyli kənd məscidi dini icmasının sədri.

Azərbaycan Respublikası, Bərdə rayonu, Uğurbəyli kəndi.