20 avqust 2018, 18:30

Hüseyn Hatəmidən, Gəncə, Azərbaycan

Çox hörmətli İlham Heydər oğlu,

Ümummilli liderimiz Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycanımızı cəsarət və qətiyyətinizlə dünyəvi, gözəl ölkəyə çevirdiyinizə, xalqımızın rifah halının daha da yaxşılaşmasına göstərdiyiniz misilsiz tarixi xidmətlərinizə görə Sizə dərin təşəkkürümüzü bildiririk.

Möhtərəm Prezident, mən, ailə üzvlərim, Sizin haqq işinizi dəstəkləyən minlərlə Gəncə şəhər sakini qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə Sizi və ailə üzvlərinizi təbrik edir, uzun ömür, cansağlığı, xalqımızın taleyi ilə bağlı əzəmətli işlərinizdə yeni-yeni uğurlar arzulayırıq. Biz çox inanırıq ki, işğal olunmuş bütün torpaqları Sizin rəhbərliyinizlə yağı düşmən əsarətindən azad edib, növbəti bayramlarımızı Şuşada, Xankəndidə, Kəlbəcərdə, Ağdamda, Göyçədə, Zəngəzurda keçirəcəyik.

Allah Sizi qorusun!

Hörmətlə,

Hatəmi Hüseyn

Şair-publisist, pedaqoq

Azərbaycan Respublikası, Gəncə şəhəri.