18 avqust 2018, 16:30

Qismət Qafarovdan, Neftçala, Azərbaycan

Hörmətli cənab Prezident.

Son illərdə ölkəmizdə kənd təsərrüfatının dinamik və dayanıqlı inkişafı təmin edilib, əkinəyararlı torpaqlardan və mövcud su resurslarından səmərəli istifadə olunması üçün mühüm addımlar atılıb, minlərlə hektar torpaq sahəsi əkin dövriyyəsinə cəlb edilib və nəticədə kənd təsərrüfatı məhsullarının istehsalı artıb.

Rayonumuzda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi sayəsində bir çox kəndlərlə yanaşı, Xolqarabucaq kəndində də su problemi aradan qaldırılıb. Bu, biz sakinləri çox sevindirir.

Cənab Prezident, bizə göstərdiyiniz bu qayğıya görə Sizə minnətdarlığımızı bildiririk.

Sakinlər adından dərin hörmətlə,

Qafarov Qismət.

Azərbaycan Respublikası, Neftçala rayonu, Xolqarabucaq kəndi.