18 avqust 2018, 16:00

Vaqif Həbibovdan, Şirvan, Azərbaycan

Hörmətli cənab Prezident.

Siz şəhidlərimizin xatirəsinə həmişə böyük hörmətlə yanaşır, onların ailələrinə hər cür qayğı göstərirsiniz. Mənim qardaşım Azərbaycanın Milli Qəhrəmanı Rafael Həbibov 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərində qəhrəmancasına şəhid olub. Bu il iyunun 7-də şəhərimizdə qardaşımın ildönümü yüksək səviyyədə qeyd edildi.

Qardaşımın xatirəsinə göstərilən hörmət bütün ailə üzvlərimizin qəlbini qürur hissi ilə doldurdu. Biz dövlətimizlə fəxr edirik. Sizin sayənizdə xalqımız firavan yaşayır, ölkəmiz gündən-günə gözəlləşir. Göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarıq. Allahdan Sizə uzun ömür və möhkəm cansağlığı diləyirik.

Hörmətlə,

Həbibov Vaqif.

Azərbaycan Respublikası, Şirvan şəhəri.