17 avqust 2018, 18:20

Teymur Göyçayevdən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərimi yüksək qiymətləndirirək məni "Şöhrət" ordeni ilə təltif etdiyinizə görə Sizə dərin hörmətimi və minnətdarlığımı bildirirəm.

Azərbaycan naminə gördüyünüz bütün işlərdə Sizə uğurlar və möhkəm cansağlığı arzulayıram. Bundan sonra da Azərbaycana xidmət etməkdən qürur duyacağam.

Hörmətlə,

Göyçayev Teymur Ənvər oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri.