15 avqust 2018, 19:30

Şərqiyyə Mikayılovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Siz və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva qaçqın və məcburi köçkünlərin problemlərinin həlli, xüsusilə də mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün mühüm işlər görürsünüz. Son illər ərzində yeni yaşayış qəsəbələri və şəhərciklər salınmış, minlərlə ailə mənzillə təmin edilmişdir. Bu sevinci yaşayan ailələrdən biri də bizik. Məhz Sizlərin sayəsində Qaradağ rayonunda salınmış “Qobu Park” yaşayış kompleksində biz yeni mənzilə qovuşduq.

Əziz Prezidentimiz, bizi mənzillə təmin etdiyinizə görə Sizə və Mehriban xanıma dərin təşəkkürümüzü bildirir, işlərinizdə uğurlar arzulayırıq. Gördüyünüz işləri yüksək qiymətləndirir və hər zaman Sizi dəstəkləyirik.

Hörmətlə,

Mikayılova Şərqiyyə Fərhad qızı,

Qubadlı rayonundan məcburi köçkün.

Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu.