14 avqust 2018, 19:00

Elçin Baxşıyevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Allahdan Sizə və ailənizə uzun ömür arzulayıram. Ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu Azərbaycanımızın inkişafı strategiyasının davam etdirilməsində Sizə uğurlar arzulayıram.

Əziz və hörmətli Prezidentimiz, Sizin təşəbbüsünüzlə yaradılmış Pirallahı rayonu artıq tərəqqi yolu ilə inamla irəliləyir. Geniş yolların tikintisinə, içməli su xəttinin çəkilməsinə, yaşıllıqların salınmasına, iş yerlərinin açılmasına, yeni binaların inşasına və digər quruculuq işlərinə görə Sizə dərin təşəkkürümüzü bildiririk.

Cənab Prezidentimiz, müqəddəs dinimizə göstərdiyiniz xüsusi diqqətə görə Allah Sizə daim kömək olacaqdır. Bizim dinimiz sülh və mehribanlıq dinidir. Quranımız Bismillah kəlməsi ilə başlayır. Dinimiz ayrı-seçkiliyi, qarışıqlığı, terroru qəbul etmir. Ölkəmizdə və müsəlmanlar arasında fitnə salmaq istəyənlər dinimizə və Quranımıza bağlı olmayan ibsanlardır. Onlar ölkəmizdəki sabitliyi, inkişafı gözü götürməyənlərdir.

Allah Azərbaycanımızın bayrağını hər yerdə daim uca etsin. Allah Sizə və Ordumuza düşmənlərimiz üzərində qələbə nəsib etsin. Millətimizin və dövlətimizin daim ucalığı üçün Allah Sizə kömək olsun.

Bir daha Sizə və ailənizə uzun ömür arzulayıram. Daim dualarımızdasınız.

Pirallahı dindarları adından dərin hörmətlə,

Baxşıyev Elçin,

Pirallahı məscidinin imamı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Pirallahı rayonu.