13 avqust 2018, 20:16

Elxan Əliyevdən, Astara, Azərbaycan

Əziz və möhtərəm Prezidentimiz.

Mən Astaranın Sım kəndindəki Folklor evinin direktoru, eyni zamanda, rayonumuzda fəaliyyət göstərən "Şindan" aşıqlar ansamblının rəhbəriyəm. İşlədiyim müddətdə dəfələrlə həm respublika daxilində, həm də xarici ölkələrdə musiqi festivallarında iştirak etmişəm.

Əziz Prezidentimiz, Ulu Tanrı Sizə elə yüksək bacarıq və istedad bəxş etmişdir ki, ölkəmizdə heç bir məsələ diqqətinizdən kənarda qalmır. Doğma vətənimiz Azərbaycanda hər bir vətəndaşın zəhməti yüksək səviyyədə qiymətləndirilir. Sizin dəstəyiniz sayəsində mədəniyyətimizin bütün sahələri sürətlə inkişaf edir.

Aşıq sənətinə göstərdiyiniz diqqətə görə şəxsən Sizə - hamımızın sevimlisi və əzizi möhtərəm Prezidentimizə minnətdarlığımı bildirir, Azərbaycanın daha da inkişafı naminə gördüyünüz işlərdə yeni-yeni uğurlar diləyirəm.

Bir el aşığı, ağsaqqalı kimi bundan sonra da böyük Dədə Qorqudun yadigarı olan ozan sənətinin inkişafı üçün əlimdən gələni əsirgəməyəcəyəm.

Hörmətlə,

Əliyev Elxan Cəbrayıl oğlu.

        Azərbaycan Respublikası, Astara rayonu, Sım kəndi. 0-