11 avqust 2018, 14:00

Sadiq Cəfərovdan, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident.

Tərtər şəhər "Cümə" məscidinin dini icmasının üzvləri Gəncədə baş verən hadisələri terror aktı kimi qiymətləndirir və bunun dinlə heç bir əlaqəsi olmağını bildirirlər. Müstəqillikdən əvvəl cəmi 17 məscidin olduğu Azərbaycanda indi 2 mindən çox məscid var. Bu, Sizin dinimizə necə böyük dəyər verdiyinizin nəticəsidir. 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edilməsi, ölkəmizdə İslam Oyunlarının keçirilməsi buna əyani sübutdur. Dövlət öz dindarları üçün hər cür şərait yaradıb. Bu gün əsas məqsədimiz dövlətimizi, dövlətçiliyimizi qorumaqdır. Xarici qüvvələrin təsiri ilə din pərdəsi altında terror aktı törətmək istəyənlər dövlətimizin inkişafını, xalqımızın firavan yaşayışını gözü götürməyənlərdir.

Cənab Prezident, Tərtər "Cümə" məscidinin dindarları Sizin siyasətinizi dəstəkləyir və təxribat törədərək insanları düz yoldan çəkindirmək istəyənlərin cəzalandırılmasını istəyirlər.

Biz həmişə Sizinləyik. Tanrı Sizi qorusun.

Tərtər şəhər "Cümə" məscidinin dini icmasının üzvləri adından dərin hörmətlə,

Cəfərov Sadiq, məscidin axundu.

Azərbaycan Respublikası, Tərtər rayonu.