10 avqust 2018, 19:00

Vasif Əjdərovdan, Lerik, Azərbaycan

Hörmətli cənab Prezident.

Siz kənd təsərrüfatının, o cümlədən mühüm strateji sahə olan taxılçılığın inkişafına xüsusi diqqət yetirir, bu sahədə məhsuldarlığın artırılması üçün qarşıya konkret vəzifələr qoyursunuz. Bu diqqətiniz sayəsində görülən tədbirlər nəticəsində ağır zəhmət bahasına yetişdirilən məhsulun vaxtında və itkisiz yığılması üçün lazımi şərait təmin edilib.

Lerik rayonunda da taxılçılıq iqtisadiyyatın əsas sahələrindən biridir. Rayonun Cəngəmiran kəndində taxıl biçini artıq yüksək səviyyədə tamamlanıb.

Kənd zəhmətkeşləri üçün yaratdığınız əlverişli şəraitə görə Sizə təşəkkür edirik.

Hörmətlə,

Əjdərov Vasif Vəlixan oğlu.

Azərbaycan Respublikası, Lerik rayonu, Cəngəmiran kəndi.