Kərim Mirzəyev və başqalarından, Cəlilabad, Azərbaycan
Çox hörmətli cənab Prezident.
Bu gün xalqımızın firavan həyata qovuşması və Vətənimizin gündən-günə daha da inkişaf etməsi məhz ulu öndər Heydər Əliyevin və onun siyasi xəttinin layiqli varisi kimi, Sizin uzaqgörənliyiniz, gərgin əməyiniz və bu xalqa olan dərin sevginiz nəticəsində mümkün olub. Ölkəmizdə insanları narahat edən problemlərin həlli üçün zəruri tədbirlər görülür, yollar çəkilir, kommunikasiya xətləri yenilənir, yaşayış məntəqələrinin infrastrukturu ildən-ilə yaxşılaşdırılır. Biz öz ölkəmizlə fəxr edir, qürur duyuruq.
Möhtərəm cənab Prezident, qadir Allah Sizi və ailənizi qorusun, Azərbaycan dövlətinin inkişafı və xalqımızın rifahı naminə fəaliyyətinizdə Zati-alinizə daha böyük uğurlar nəsib etsin.
Böyük hörmət və ehtiramla,
Mirzəyev Kərim Fətulla oğlu
Məlikov İsaq Ağabala oğlu
Kərimov Hacıbala Allahverən oğlu
Məmmədov Əliqulu Məmmədhüseyn oğlu
Məmmədov Ağabəy Nuruş oğlu.
Azərbaycan Respublikası, Cəlilabad rayonu, Şabanlı kəndi.