19 iyul 2018, 18:10

Azər Binnətovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

İlk növbədə, ölkəmizdə aparılan quruculuq işlərinə görə Sizə minnətdarlığımı bildirirəm. Sizin xarici və daxili siyasətinizi bəyənir və alqışlayıram. Ailəmlə və yaxın ətrafımızla birlikdə Sizi dəstəkləməkdən qürur duyuram.

Bu yaxınlarda Gəncədə baş verən hadisələr bizi çox hiddətləndirdi. Azərbaycanımızı sevməyən qüvvələrin köməyi ilə dini radikalların baş qaldırması Azərbaycan vətəndaşlarını narahat edir. Biz imkan vermərik ki, müasir, demokratik Azərbaycanımızı dini radikalizmə sürükləsinlər.

Sizin sayənizdə Azərbaycanımızın qazandığı nailiyyətlərlə fəxr edirik. Allahdan Sizə möhkəm cansağlığı və işlərinizdə müvəffəqiyyətlər arzu edirik.

Hörmətlə,

Binnətov Azər Şəmistan oğlu.

 Azərbaycan Respublikası, Bakı şəhəri.