“Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

18 iyul 2018, 20:00

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 1, maddə 1; 1995, № 17-18, maddə 282; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 7, maddə 444; 2004, № 2, maddə 57, № 4, maddə 199; 2008, № 10, maddə 886; 2011, № 2, maddə 71; 2013, № 2, maddə 95; 2016, № 1, maddələr 14, 19; 2017, № 4, maddə 518) aşağıdakı dəyişikliklər edilsin:

1. 2-ci maddənin birinci hissəsində “Ali Sovetinin” sözləri “Milli Məclisinin” sözləri ilə əvəz edilsin.

2. 5-ci maddənin 1-ci bəndi aşağıdakı redaksiyada verilsin:

“1) Azərbaycan Respublikasının öz quru ərazisinə və daxili sularına bitişik və onun suverenliyi altında olan dəniz zolağı (səthi, dibi, təki, üzərindəki hava məkanı). Ərazi sularının eni Xəzər dənizinin hüquqi statusuna dair beynəlxalq müqavilə ilə müəyyən olunur;”.

3. 9-cu maddə üzrə:

3.1. birinci hissə aşağıdakı redaksiyada verilsin:

“Dəmiryolu və avtomobil nəqliyyatı vasitələri Azərbaycan Respublikasının dövlət sərhədini yalnız dövlət sərhədindən buraxılış məntəqələrindən keçə bilər. Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı, yerləşdiyi ərazi, həmin məntəqələrdə işin təşkili və əlaqələndirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd nəzarəti məntəqələri və gömrük idarələri (postları) yaradılır.”.

3.2. aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:

“Dəniz, çay, hava nəqliyyatı vasitələrinin Azərbaycan Respublikasının dövlət sərhədindən keçməsinin hüquqi əsasları bu Qanunla müəyyən edilir.”.

4. 10-cu maddənin birinci hissəsində “sərhəd qoşunlarının nəzarət-buraxılış məntəqələri və gömrük idarələri (postları)” sözləri “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələri” sözləri ilə əvəz edilsin.

5. 11-ci maddə üzrə:

5.1. birinci hissənin ikinci cümləsi ləğv edilsin;

5.2. ikinci hissədə “qoşunlarının nəzarət-buraxılış” sözləri “nəzarəti” sözü ilə əvəz edilsin.

6. 12-ci maddə üzrə:

6.1. birinci və üçüncü hissələrdə “sərhəd qoşunları” sözləri “sərhəd mühafizə orqanları” sözləri ilə əvəz edilsin;

6.2. ikinci hissənin birinci və ikinci cümlələrində “sərhəd qoşunlarının” sözləri “sərhəd mühafizə orqanlarının” sözləri ilə əvəz edilsin;

6.3. beşinci hissədə “Azərbaycan Respublikası dövlət sərhədinin” sözləri “Azərbaycan Respublikasının dövlət sərhədindən” sözləri ilə əvəz edilsin.

7. 18-ci maddənin ikinci hissəsində “sərhəd qoşunları” sözləri “müvafiq icra hakimiyyəti orqanı” sözləri ilə əvəz edilsin.

8. 21-ci maddə üzrə:

8.1. birinci hissədə “sərhəd qoşunlarının” sözləri “öz” sözü ilə əvəz edilsin;

8.2. ikinci hissədə “sərhəd qoşunlarının” sözləri “sərhəd mühafizə orqanlarının” sözləri ilə əvəz edilsin.

9. 22-ci maddənin dördüncü hissəsinin ikinci cümləsində “sərhəd qoşunlarının” sözləri “müvafiq icra hakimiyyəti orqanının” sözləri ilə əvəz edilsin.

10. 23-cü maddədə “gəmilərin” sözü “üzmə vasitələrinin” sözləri ilə əvəz edilsin.

11. 24-cü maddə üzrə:

11.1. 5-ci bənddə:

11.1.1. birinci abzasın birinci cümləsində “sərhəd qoşunlarının” sözləri “sərhəd mühafizə orqanlarının” sözləri ilə, ikinci cümləsində “sərhəd qoşunları” sözləri “müvafiq icra hakimiyyəti orqanı” sözləri ilə əvəz edilsin;

11.1.2. ikinci abzasda “sərhəd qoşunları bölmələrinə” sözləri “sərhəd mühafizə orqanlarına” sözləri ilə əvəz edilsin;

11.2. 14-cü bəndin birinci cümləsində “sərhəd qoşunları” sözləri “müvafiq icra hakimiyyəti orqanı” sözləri ilə, ikinci cümləsində “sərhəd qoşunlarının” sözləri “sərhəd mühafizə orqanlarının” sözləri ilə əvəz edilsin;

11.3. 15-ci bənddə birinci halda “sərhəd qoşunlarının” sözləri “sərhəd mühafizə orqanlarının” sözləri ilə, ikinci halda “sərhəd qoşunlarının” sözləri “müvafiq icra hakimiyyəti orqanının” sözləri ilə əvəz edilsin.

12. 25-ci maddə üzrə:

12.1. 1-ci bənddə “sərhəd qoşunları” sözləri “sərhəd mühafizə orqanları” sözləri ilə əvəz edilsin;

12.2. aşağıdakı məzmunda 1-1-ci bənd əlavə edilsin:

“1-1) Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində sərhəd mühafizə orqanları tərəfindən sərhədboyu rejim təmin olunur.”;

12.3. 2-ci bənddə:

12.3.1. birinci abzas aşağıdakı redaksiyada verilsin:

“Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmış balıqçılıq, ovçuluq, elmi-tədqiqat, idman gəmiləri, mühərrikli və mühərriksiz digər üzmə vasitələri sərhədboyu zonanın, habelə dəniz sahilinə bitişik inzibati ərazi vahidlərinin ərazisində olduqda, sərhəd mühafizə orqanlarının ən yaxın bölməsində də qeydiyyata alınmalıdır. Sərhəd mühafizə orqanları tərəfindən üzmə vasitələrinə “Üzmə vasitəsinin qeydiyyat vəsiqəsi” verilir;”;

12.3.2. ikinci abzasda “gəmilər” sözü “üzmə vasitələri” sözləri ilə, “yanalma” sözü “yanalma-dayanma” sözləri ilə əvəz edilsin;

12.3.3. üçüncü abzasda “gəmilərin” sözü “üzmə vasitələrinin” sözləri ilə əvəz edilsin;

12.3.4. aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin:

“bu bənddə nəzərdə tutulmuş tələblər Hərbi-Dəniz Qüvvələrinin istifadəsində olan üzmə vasitələrinə, habelə Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən Dövlət Gəmi Reyestrində qeydiyyata alınan gəmilərə şamil edilmir. Dövlət Gəmi Reyestrində qeydiyyata alınan gəmilər üzərində sərhəd nəzarəti həyata keçirilərkən “Gəmi heyəti üzvlərinin siyahısına” ştamp vurulur.”;

12.4. 3-cü bənddə “sərhəd qoşunları” sözləri “sərhəd mühafizə orqanları” sözləri ilə, “sərhəd qoşunlarının” sözləri “sərhəd mühafizə orqanlarının” sözləri ilə əvəz edilsin;

12.5. 4-cü bənddə “gəmilərin” sözü “üzmə vasitələrinin” sözləri ilə əvəz edilsin;

12.6. 5-ci bənddə “gəmilərin” sözü “üzmə vasitələrinin” sözləri ilə, “gəmilər” sözü “üzmə vasitələri” sözləri ilə, “sərhəd qoşunlarının” sözləri “müvafiq icra hakimiyyəti orqanının” sözləri ilə əvəz edilsin;

12.7. 6-cı bənddə “sərhəd qoşunlarının” sözləri “müvafiq icra hakimiyyəti orqanının” sözləri ilə əvəz edilsin;

12.8. 7-ci bəndin birinci abzasında “gəmilərdə” sözü “üzmə vasitələrində” sözləri ilə, “sərhəd qoşunlarının” sözləri “sərhəd mühafizə orqanlarının” sözləri ilə əvəz edilsin;

12.9. 8-ci bənddə “sərhəd qoşunlarının” sözləri “sərhəd mühafizə orqanlarının” sözləri ilə, “sərhəd qoşunları” sözləri “müvafiq icra hakimiyyəti orqanı” sözləri ilə əvəz edilsin;

12.10. 9-cu bəndin birinci cümləsində “sərhəd qoşunları” sözləri “sərhəd mühafizə orqanları” sözləri ilə əvəz edilsin.

13. 26-cı maddə üzrə:

13.1. birinci hissədə “sərhəd qoşunları nəzarət-buraxılış” sözləri “yerləşən sərhəd nəzarəti” sözləri ilə əvəz edilsin;

13.2. ikinci hissənin ikinci cümləsində “sərhəd qoşunları və daxili işlər orqanları” sözləri “müvafiq icra hakimiyyəti orqanı” sözləri ilə əvəz edilsin;

13.3. üçüncü hissədən “qoşunları” sözü çıxarılsın.

14. 27-ci maddənin ikinci hissəsinin birinci cümləsində “sərhəd qoşunlarına” sözləri “sərhəd mühafizə orqanlarına” sözləri ilə, ikinci cümləsində “Sərhəd qoşunları” sözləri “Sərhəd mühafizə orqanları” sözləri ilə əvəz edilsin.

15. 28-ci maddə üzrə:

15.1. adında “Sərhəd qoşunlarının” sözləri “Sərhəd mühafizə orqanlarının” sözləri ilə əvəz edilsin;

15.2. mətnində “sərhəd qoşunlarının” sözləri “sərhəd mühafizə orqanlarının” sözləri ilə, “Sərhəd qoşunları” sözləri “Sərhəd mühafizə orqanları” sözləri ilə əvəz edilsin.

16. 30-cu maddə üzrə:

16.1. adında “sərhəd qoşunlarının” sözləri “sərhəd mühafizə orqanlarının” sözləri ilə əvəz edilsin;

16.2. birinci hissədə:

16.2.1. birinci abzasda “qorunması” sözü “mühafizəsi” sözü ilə, “sərhəd qoşunlarının” sözləri “müvafiq icra hakimiyyəti orqanının” sözləri ilə əvəz edilsin;

16.2.2. 2-ci bənddə “gəmiyə təklif etmək” sözləri “gəmidən tələb etmək” sözləri ilə əvəz edilsin.

17. 31-ci maddə üzrə:

17.1. adında, birinci hissənin birinci abzasında və 8-ci bəndində, ikinci hissənin birinci və ikinci cümlələrində “sərhəd qoşunları” sözləri “sərhəd mühafizə orqanları” sözləri ilə əvəz edilsin;

17.2. üçüncü hissədə “Sərhəd qoşunları” sözləri “Sərhəd mühafizə orqanları” sözləri ilə əvəz edilsin.

18. 32-ci maddə üzrə:

18.1. birinci hissədə “sərhəd qoşunlarının” sözləri “sərhəd mühafizə orqanlarının” sözləri ilə əvəz edilsin;

18.2. ikinci hissənin ikinci cümləsində “sərhəd qoşunlarının” sözləri “sərhəd mühafizə orqanının nümayəndəsinin” sözləri ilə əvəz edilsin.

19. 36-cı maddənin birinci cümləsində “Sərhəd qoşunları” sözləri “Sərhəd mühafizə orqanları” sözləri ilə əvəz edilsin.

20. 37-ci maddə üzrə:

20.1. adında “Sərhəd qoşunlarının” sözləri “Sərhəd mühafizə orqanlarının” sözləri ilə əvəz edilsin;

20.2. 1-ci bənddə:

20.2.1. birinci abzasda “Sərhəd qoşunları” sözləri “Sərhəd mühafizə orqanları” sözləri ilə əvəz edilsin və həmin abzasa aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Müdafiə haqqında” və “Sərhəd mühafizə orqanları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş qaydada sərhəd mühafizə orqanları Azərbaycan Respublikasının müdafiəsi işinə və ərazi müdafiəsinə cəlb olunduğu zaman onlar tərəfindən silah və döyüş texnikası döyüş təlimatlarına əsasən tətbiq edilir.”;

20.2.2. ikinci abzasda “Sərhəd qoşunları” sözləri “Sərhəd mühafizə orqanları” sözləri ilə əvəz edilsin;

20.2.3. yeddinci və səkkizinci abzaslarda “sərhəd qoşunlarının” sözləri “sərhəd mühafizə orqanlarının” sözləri ilə əvəz edilsin;

20.2.4. onuncu abzasda “Sərhəd qoşunlarının” sözləri “Sərhəd mühafizə orqanlarının” sözləri ilə əvəz edilsin;

20.3. 2-ci bəndin birinci abzasında “sərhəd qoşunlarının” sözləri “sərhəd mühafizə orqanlarının” sözləri ilə əvəz edilsin;

20.4. 3-cü bəndin birinci abzasında və “a” yarımbəndində “sərhəd qoşunlarının” sözləri “sərhəd mühafizə orqanlarının” sözləri ilə əvəz edilsin;

20.5. 4-cü bənddə “sərhəd qoşunları” sözləri “sərhəd mühafizə orqanları” sözləri ilə əvəz edilsin;

20.6. 5-ci bənddə “donanması” sözü “qüvvələri” sözü ilə, “sərhəd qoşunlarına” sözləri “sərhəd mühafizə orqanlarına” sözləri ilə əvəz edilsin;

20.7. 7-ci bənddə:

20.7.1. birinci abzasda “sərhəd qoşunlarının” sözləri “sərhəd mühafizə orqanlarının” sözləri ilə əvəz edilsin;

20.7.2. “q” yarımbəndində “sərhəd qoşunları” sözləri “sərhəd mühafizə orqanları” sözləri ilə, “sərhəd qoşunlarının” sözləri “sərhəd mühafizə orqanlarının” sözləri ilə əvəz edilsin.

21. 37-1-ci maddə üzrə:

21.1. adında “Sərhəd qoşunları” sözləri “Sərhəd mühafizə orqanları” sözləri ilə əvəz edilsin;

21.2. mətnində (hər iki halda) “Sərhəd qoşunlarının” sözləri “Sərhəd mühafizə orqanlarının” sözləri ilə əvəz edilsin.

22. 38-ci maddənin birinci və ikinci hissələrində “sərhəd qoşunlarına” sözləri “sərhəd mühafizə orqanlarına” sözləri ilə əvəz edilsin.

23. 39-cu maddə üzrə:

23.1. ikinci hissədə “sərhəd qoşunları” sözləri “sərhəd mühafizə orqanları” sözləri ilə əvəz edilsin;

23.2. aşağıdakı redaksiyada üçüncü hissə əlavə edilsin:

“Azərbaycan Respublikasının dövlət sərhədini, sərhəd rejimini, sərhədboyu rejimi və ya dövlət sərhədindən buraxılış məntəqələrində rejimi pozmaqla törədilən hüquq pozuntuları ilə əlaqədar əməliyyat-axtarış fəaliyyətinin subyektləri tərəfindən həyata keçirilən xüsusi əməliyyatlar sərhəd mühafizə orqanları ilə razılaşdırılır.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 iyun 2018-ci il.

SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:58
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

19 aprel 2024, 16:58
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:56
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik...

19 aprel 2024, 16:56
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:54
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                           

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli...

19 aprel 2024, 16:54
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:52
“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29...

19 aprel 2024, 16:52
SƏNƏDLƏR Sərəncamlar 17 aprel 2024
16:55
Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...

17 aprel 2024, 16:55
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:55
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə...

16 aprel 2024, 13:55
SƏNƏDLƏR Qanunlar 16 aprel 2024
13:53
“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alır:

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi...

16 aprel 2024, 13:53
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:51
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1129-VIQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

16 aprel 2024, 13:51