18 iyul 2018, 16:15

Atlas Yolçuyeva və başqalarından, Qazax, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin şəhid ailələrinə göstərdiyiniz diqqət və qayğı bizi hər zaman qürurlandırıb. Mənzil-məişət şəraitimizin yaxşılaşdırılması, vaxtaşırı ortaya çıxan problemlərimizin həlli bu diqqət və qayğıdan irəli gəlir. Yaşadığımız binalar bu yaxınlarda əsaslı təmir olunub, kommunikasiya xətləri yenilənib və sakinlərin istirahəti üçün həyətlərdə lazımi şərait yaradılıb. Eyni zamanda, qeyd etmək istəyirik ki, şəhidlərin ruhuna bəslənən ehtiram da çox fərəhvericidir. Respublikamızın hər bir bölgəsində olduğu kimi, Qazax rayonunda da "Şəhidlər xiyabanı" abidə kompleksi yaradılıb. Bu yaxınlarda kompleksdə abadlıq və təmir işlərinin aparılması hər birimizi sevindirdi.

Əziz Prezidentimiz, şəhidlərə və onların ailə üzvlərinə bəslənilən hörmət və ehtirama görə Sizə dərin təşəkkürümüzü bildiririk. Ulu Tanrı hər zaman köməyiniz olsun.

Hörmətlə,

Yolçuyeva Atlas

Mustafayeva Kifayət

Əsgərova Aybəniz

Süleymanova Yaqut

Hüseynova Flora

Qurbanova Sürayə.

Azərbaycan Respublikası, Qazax rayonu.