17 iyul 2018, 15:15

Sudeif İmamverdiyevdən, Bakı, Azərbaycan

Zati-aliləri cənab İlham Heydər oğlu Əliyev.

Məni "Şərəf" ordeni ilə təltif etdiyinizə görə Sizə təşəkkürümü bildirirəm. Fəaliyyətimə daimi diqqət və qayğı göstərməyiniz ölkəmizə, xalqımıza xidmət etmək həvəsimi daha da artırır, mən ruh yüksəkliyi verir.

Ölkəmizi yüksək təfəkkürlə, xalqa məhəbbət hissi ilə idarə etməyinizdən qürur hissi duyuram. Var olun, yaşayın, yaradın, cənab Prezident!

Dərin minnətdarlıq ilə,

İmamverdiyev Südeif .

Azərbaycan Respublikası, Bakı şəhəri.