17 iyul 2018, 15:00

Qədir Allahverdiyevdən, Tərtər, Azərbaycan

Hörmətli cənab Prezident.

Cəbhə bölgəsində yerləşən Tərtər rayonunun sakinləri Gəncə şəhərində icra hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşlarına qarşı törədilən terror hadisələrini dövlətə və dövlətçiliyimizə qəsd kimi qiymətləndirərək, buna kəskin etirazlarını bildirirlər.

Azərbaycanın sürətli inkişafından narahat olan çirkin niyyətli qüvvələr qarşıdurma yaradaraq ölkəmizdə sabitliyi, əmin-amanlığı pozmağa cəhd göstərirlər. Ancaq xalqımız onların öz murdar niyyətlərinə çatmasına heç vaxt yol verməyəcək. Çünki xalqımız öz Prezidentinə inanır, onun siyasətini dəstəkləyir.

Möhtərəm cənab Prezident, tərtərlilər həmişə olduğu kimi, yenə də Sizinlədirlər. İnanırıq ki, bu qanlı terror aktlarını törədənlər layiqli cəzalarını alacaqlar. Sizə möhkəm cansağlığı və uzun ömür arzu edirik. Tanrı Sizi qorusun.

Hörmətlə,

Allahverdiyev Qədir,

Tərtər Rayon Ağsaqqallar Şurasının sədri.

Azərbaycan Respublikası, Tərtər rayonu.