17 iyul 2018, 14:40

Surxay Mirzəyev və başqalarından, Tərtər, Azərbaycan

Hörmətli cənab Prezident.

Tərtər rayonunun ziyalıları adından Sizi salamlayır və Zati-alinizə ən xoş arzularımı çatdırırıq. Biz cəbhə bölgəsində yaşayırıq. Övladlarımız atəş səsləri altında böyüyürlər. Ölkəmizdə asayişin pozulması, xaos yaradılması cəhdlərinin arxasında nələrin, kimlərin dayandığını çox yaxşı başa düşürük. Azərbaycanın uğurlu yüksəlişindən, möhkəmlənən mövqeyindən qorxuya düşən düşmənlərimizin ölkəmizdə sabitliyi, əmin-amanlığı pozmağa çalışdığını anlayırıq.

Cənab Prezident, biz Gəncə şəhərində törədilən terror aktlarını pisləyir və buna etirazımızı bildiririk. Tərtərlilər ən çətin zamanda - 2016-cı ilin aprel döyüşlərindən dərhal sonra öz həyatınızı riskə ataraq təmas xəttinin 200 metrliyində bizimlə görüşünüzü, göstərdiyiniz diqqət və qayğınızı heç vaxt unutmarıq.

Möhtərəm cənab Prezident, biz Tərtər ziyalıları həmişə olduğu kimi, yenə də Sizə güvənir, Sizin siyasətinizi dəstəkləyir və terrora "yox" deyirik.

Tərtər rayonunun ziyalıları adından dərin hörmətlə,

Mirzəyev Surxay

Həsənzadə Rauf

Əliyev Əli

Hüseynov Yaşar

Əkbərova Gülarə

Qəndilova Mərziyə

Bağırova Svetlana

Əliyeva Fitat

Abbasov Azad.

Azərbaycan Respublikası, Tərtər rayonu.