14 iyul 2018, 17:00

Dadaş Mənsimov və başqalarından, Yardımlı, Azərbaycan

Hörmətli cənab Prezident.

Yardımlı rayonunun veteranları və ağsaqqalları Gəncə şəhərində törədilən cinayət hadisələrini dövlət əleyhinə qəsd kimi qiymətləndirərək qəti şəkildə pisləyirlər. Azərbaycanda qarşıdurma yaratmaq istəyən qüvvələr heç vaxt öz çirkin niyyətlərinə çata bilməyəcəklər. Çünki bu dövlət möhkəm təməllər üzərində qurulub və onun Sizin kimi müdrik Prezidenti vardır.

Möhtərəm cənab Prezident, Yardımlı əhalisi daim Sizinlədir. Biz əminik ki, bu terror aktlarını törədənlərin hamısı öz layiqli cəzalarını alacaqlar. Ölkəmizin inkişafı və sabitliyi yolunda fəaliyyətinizdə Sizə uğurlar arzulayırıq.

Hörmətlə,

Mənsimov Dadaş Musa oğlu

Babayev Səfiqulu Məşi oğlu

Vəliyev Hüseyn Əbülfəz oğlu

Şəbiyev Maqsud Səxavət oğlu

Mənsimov Məzlum Zülfüqar oğlu.

Azərbaycan Respublikası, Yardımlı rayonu.