14 iyul 2018, 15:30

Əlihüseyn Paşayevdən, Yardımlı, Azərbaycan

Hörmətli cənab Prezident.

Ölkəmizdə əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması üçün imzaladığınız fərman və sərəncamlar, verdiyiniz tapşırıqlar çox mühüm əhəmiyyətə malikdir və insanlar bunun müsbət nəticələrini öz gündəlik həyatlarında görürlər.

Görülən mühüm işlərdən biri də kəndlərarası avtomobil yollarının yenidən qurulması, abadlaşdırılmasıdır. Bizim Yardımlı rayonunun Bozayran, Osnakəran, Bürzünbül, Bilnə, Vərgədüz və Sırıq kəndlərini birləşdirən avtomobil yolunun tikintisi də uğurla davam etdirilir. Artıq işin ilkin mərhələsindən kənd sakinləri razılıq edirlər.

Möhtərəm cənab Prezident, Bilnə kənd sakinləri adından Sizə minnətdarlığımızı və təşəkkürümüzü bildirirəm. Ölkəmizdə aparılan quruculuq işlərinə görə Sizə təşəkkür edir, yürütdüyünüz daxili və xarici siyasətinizi dəstəkləyirik.

Hörmətlə,

Paşayev Əlihüseyn, kənd ağsaqqalı.

Azərbaycan Respublikası, Yardımlı rayonu, Bilnə kəndi.