14 iyul 2018, 15:00

Hikmət İsmayılovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin müəyyənləşdirdiyiniz siyasi kurs, ölkəmizdə baş verən hadisələrə operativ reaksiyanız bizləri çox sevindirir. Biz hazırda bir çox ölkələrdə mövcud olmayan əmin-amanlıq şəraitində yaşayırıq. Bu, çox böyük nemətdir. Bizi sevməyən bir sıra xainlər ölkəmizdəki bu əmin-amanlığı pozmaq istəyirlər. Onlara və digər düşmənlərimizə qarşı sonadək Sizinlə çiyin-çiyinə mübarizə aparmağa hazırıq.

Cənab Prezident, mən də bu xalqın bir nümayəndəsi kimi Sizə dəstəyimi ifadə etməyi özümə borc bildim.

Hörmətlə,

İsmayılov Hikmət.

Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu.