İlham Əliyev Asiya İnkişaf Bankının İdarə Heyəti Şurasının üzvlərini qəbul edib

22 iyun 2018, 16:50

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Asiya İnkişaf Bankının (AİB) İcraçı Direktorlar Şurasının üzvü Kşatrapati Şivajinin başçılığı ilə bankın Direktorlar Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı 2015-ci ildə Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci İllik Toplantısının ölkəmizdə uğurla keçirildiyini və böyük önəm daşıdığını məmnunluqla qeyd etdi. Prezident İlham Əliyev Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında səmərəli əməkdaşlığın həyata keçirildiyini vurğulayaraq bankın ölkəmizdə müxtəlif infrastruktur layihələrinin maliyyələşdirilməsində yaxından iştirakını yüksək qiymətləndirdi. Dövlətimizin başçısı ölkəmizin iqtisadi sahədə əldə etdiyi uğurlardan danışdı. Qeyd etdi ki, Azərbaycan “İnklüziv inkişaf indeksi”ndə 2018-ci ildə inkişaf etməkdə olan ölkələr arasında 3-cü, MDB ölkələri arasında isə 1-ci yerdədir. Prezident İlham Əliyev Davos İqtisadi Forumunun rəqabətqabiliyyətlilik hesabatı üzrə isə Azərbaycanın dünyada 35-ci, MDB ölkələri üzrə 1-ci yerdə olduğunu vurğuladı.

Ölkəmizin tranzit imkanlarına toxunan dövlətimizin başçısı nəqliyyat sektorunda irimiqyaslı layihələrin həyata keçirilməsi nəticəsində Azərbaycanın tranzit potensialının daha da artdığını, dəmir yollarının modernləşdirilməsi istiqamətində mühüm işlərin görüldüyünü vurğulayaraq Bakı-Tbilisi-Qars dəmir yolunun və Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının əhəmiyyətini qeyd etdi.

Asiya İnkişaf Bankının İcraçı Direktorlar Şurasının üzvü Kşatrapati Şivajin dövlətimizin başçısını prezident seçkilərində qələbə qazanması münasibətilə təbik etdi. O, Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini qeyd edərək Cənub Qaz Dəhlizinin reallaşmasını bu əməkdaşlığın yaxşı nümunəsi kimi dəyərləndirdi və bu dəhlizin çox mühüm layihə olduğunu vurğuladı. Qeyd etdi ki, dünyada həyata keçirilən bir çox layihələrdə əvvəlcədən nəzərdə tutulmuş maliyyələşmənin həcmi sonradan artdığı halda, Cənub Qaz Dəhlizinin icrasının gedişində isə əksinə, işlər səmərəli aparıldığından hətta əvvəlcədən nəzərdə tutulduğundan da az vəsait sərf olunub.

Kşatrapati Şivajin bildirdi ki, Azərbaycana səfərlərinin məqsədlərindən biri də ölkənin inkişaf ehtiyacları ilə daha yaxından tanış olmaq, bankın fəaliyyətinin səmərəliliyini daha da artırmaq üçün strateji istiqamətləri müəyyən etməkdən ibarətdir. O, dünyada gedən maliyyə-iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycanda makroiqtisadi və maliyyə sabitliyinin təmin olunmasını, ölkədə qazanılan iqtisadi uğurları və həyata keçirilən islahatları yüksək qiymətləndirdi.

Prezident İlham Əliyev seçkilərdə qələbə qazanması münasibətilə təbriklərə görə təşəkkürünü bildirdi. Dövlətimizin başçısı “Cənub Qaz Dəhlizi” layihəsinin böyük hissəsinin icra olunduğunu vurğulayaraq, bu layihənin bütün Avrasiya uçun qlobal önəm daşıdığını dedi, “Cənub Qaz Dəhlizi” layihəsinə ilk dəstək verən beynəlxalq maliyyə qurumu kimi Asiya İnkişaf Bankının rolunu xüsusi qeyd etdi. Prezident İlham Əliyev, eyni zamanda, TANAP layihəsinin açılışının böyük əhəmiyyət daşıdığını dedi və bu layihənin Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verəcəyinə əminliyini ifadə etdi.

Prezident İlham Əliyev Azərbaycanda qeyri-neft sahəsində genişmiqyaslı işlərin həyata keçirildiyini və ölkəmizin qarşısında böyük planların durduğunu dedi və bu istiqamətdə Asiya İnkişaf Bankı ilə gələcəkdə də uğurlu əməkdaşlığın həyata keçiriləcəyinə ümidvar olduğunu bildirdi.

Söhbət zamanı məşğulluq strategiyası ilə bağlı məsələlər müzakirə edildi.

Görüşdə, həmçinin bankın 2019-2023-cü illər üzrə strategiyası, Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

SƏNƏDLƏRFərmanlar14 noyabr 2018
18:00
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Çili Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Çili Respublikasının Xarici İşlər Nazirliyi arasında si...

14 noyabr 2018, 18:00
SƏNƏDLƏRSərəncamlar14 noyabr 2018
17:55
Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupda Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2018-ci il avqustun 12-də Aktau şəhərində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanmış və Beşinci Xəzər Zirvə Toplantısının Kommünikesi qəbul edilmişdir. Bu sənədlərə əsasən, Xəzəryanı dövlətlərin dövlət başçılar...

14 noyabr 2018, 17:55
SƏNƏDLƏRQanunlar13 noyabr 2018
18:30
“Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv kəşfiyyat blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə BP EKSPLOREYŞN (AZƏRBAYCAN) LİMİTED şirkəti və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikasının Qanunu

2018-ci il aprelin 26-da Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ("SOCAR"), BP EKSPLOREYŞN (AZƏRBAYCAN) LİMİTED (“BP”) şirkəti və SOCAR-ın Ortaq Neft Şirkəti ("ONŞ") arasında Saziş bağlanmışdır.

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasını...

13 noyabr 2018, 18:30
SƏNƏDLƏRSərəncamlar13 noyabr 2018
18:05
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda geologiya və geofizika elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

“Şöhrət” ordeni ...

13 noyabr 2018, 18:05
SƏNƏDLƏRSərəncamlar13 noyabr 2018
18:03
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun əməkdaşlarının “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda geologiya və geofizika elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin...

13 noyabr 2018, 18:03
SƏNƏDLƏRSərəncamlar13 noyabr 2018
18:00
“Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 dekabr tarixli 1852 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni t...

13 noyabr 2018, 18:00