21 iyun 2018, 17:50

Tahə Nəbiyevdən, Ağsu, Azərbaycan

Möhtərəm cənab Prezident.

Ağsu rayonunun Hacıman kənd yolunun çəkilişi üçün ayırdığınız vəsaitə, rayonumuza göstərdiyiniz diqqət və qayğıya görə Sizə şəxsən öz adımdan, ailəm və kənd camaatı adından dərin minnətdarlığımı bildirirəm.

Allah Sizə uzun ömür, möhkəm cansağlığı versin. Bu mübarək Ramazan ayında bizi çox sevindirdiniz. Allah Sizi dövlətimizin rəhbərliyindən əksik etməsin.

Hörmətlə,

Nəbiyev Tahə.

Azərbaycan Respublikası, Ağsu rayonu.