“Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

12 iyun 2018, 15:40

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 8, maddə 406; 2009, № 12, maddə 971; 2011, № 6, maddə 462; 2013, № 5, maddə 484) aşağıdakı dəyişikliklər edilsin:

1. 5.2-ci maddə ləğv edilsin.

2. 6.3-cü maddənin birinci və ikinci cümlələrinə, 9.2-ci maddəyə “orqanının” sözündən sonra “yaratdığı qurumun” sözləri əlavə edilsin.

3. 9.2-ci maddədə “orqanı” sözü “orqanının yaratdığı qurum” sözləri ilə, “müəllif hüququ sahəsində dövlət siyasətinin” sözləri “əqli mülkiyyət hüquqları sahəsində dövlət siyasətinin həyata keçirilməsinin” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 may 2018-ci il.