08 iyun 2018, 17:25

Arif Əzizovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Azərbaycan təsviri sənətindəki fəaliyyətimi yüksək qiymətləndirərək 75 illik yubileyim ərəfəsində məni dövlətimizin yüksək mükafatlarına - “Şöhrət” ordeninə və “Xalq rəssamı” fəxri adına layiq gördüyünüzə görə Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm. Bu təltiflərə xalqımız üçün önəmli olan Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü, ulu öndər Heydər Əliyevin 95-ci ildönümləri ərəfəsində layiq görüldüyüm üçün xüsusi qürur duyuram.

Sizin ölkəmizi dünyada öz iqtisadi inkişafı və siyasi sabitliyi ilə tanıtmaqla bərabər, ümummilli liderimiz Heydər Əliyev yolunu davam etdirərək, milli incəsənətimizin, musiqimizin və təsviri sənətimizin təbliğinə xüsusi diqqət ayırmağınız sənət adamlarına ilham və ruh verir.

Sizi əmin edirəm ki, bundan sonra da yaradıcılıq fəaliyyətimi Azərbaycan təsviri sənətinin beynəlxalq aləmdə tanınmasına həsr edəcəyəm.

Dünyanın bu kəşməkəşli dövründə Sizə ulu öndər Heydər Əliyevin yolu ilə irəliləyərək ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması istiqamətində səylərinizdə və əzminizdə daha böyük uğurlar arzulayır, Zati-alinizə və ailənizə möhkəm cansağlığı, xoş günlər diləyirəm.

Dərin ehtiramla,

Əzizov Arif Möhübəli oğlu, Xalq Rəssamı.

Azərbaycan Respublikası, Bakı şəhəri.