04 iyun 2018, 13:00

Dinara Əliyevadan, Moskva, Rusiya Federasiyası

Çox hörmətli İlham Heydər oğlu.

Əziz Mehriban xanım.

Mənə Azərbaycan Respublikasının Xalq Artisti fəxri adının verilməsinə görə Sizə səmimi minnətdarlığımı bildirirəm.

Sevindirici haldır ki, bu, Azərbaycan tarixində əlamətdar günlə - Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə üst-üstə düşüb.

Sənayenin, elmin, incəsənətin və ictimai həyatın bütün sahələrinin inkişafında Sizin misilsiz rolunuz Azərbaycanın bugünkü həyatını aydın səciyyələndirən amildir. Məhz Sizin səyləriniz sayəsində Azərbaycan multikulturalizm və yüksək incəsənət mərkəzinə çevrilib.

Möhtərəm İlham Heydər oğlu, çox xoşdur ki, Siz də müdrik atanız kimi, yaradıcı insanlara daim diqqət və qayğı göstərir, onların istedad və qabiliyyətinin üzə çıxması üçün lazımi şərait yaradırsınız.

Özümü Azərbaycan Respublikasının Xalq Artisti hesab etmək qəlbimi Vətənimə görə qürur hissi ilə doldurur, yüksək incəsənətə xidmət işində üzərimə daha böyük məsuliyyət qoyur.

Şəxsən öz adımdan Sizi əmin etmək istəyirəm ki, opera müğənnisi kimi harada çıxış edəcəyimdən asılı olmayaraq, əvvəlki kimi öz respublikamı və xalqımı ləyaqətlə təmsil edəcəyəm. Qoy məni dinləyən hər kəsdə dünya opera sənətinin incilərinə qulaq asmaqdan heyrət, sevinc və heyranlıq hissləri yaransın.

Səmimi minnətdarlıq hissi ilə Sizə və doğmalarınıza möhkəm cansağlığı arzulayır, Azərbaycan xalqına rifah diləyirəm.

Hörmətlə,

Dinara Əliyeva, Rusiya Böyük Teatrının solisti,

Azərbaycan Respublikasının Xalq Artisti.

Rusiya Federasiyası, Moskva şəhəri