01 iyun 2018, 17:40

Rəhilə Babayevadan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

İlk növbədə, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, Sizin rəhbərliyinizlə Azərbaycan uğurlarını sıralamaqda davam edəcək, xalqımız daha xoş günlər görəcəkdir.

Cənab Prezident, bütün xalqımız kimi, mədəniyyət və incəsənət xadimləri də hər zaman Sizdən qayğı görmüşlər. Mayın 27-də imzaladığınız Sərəncamla məni “Əməkdar artist” fəxri adına layiq gördüyünüz üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Bundan sonra Vətənimə, dövlətimə daha böyük səylə xidmət edəcəyimə söz verirəm.

Hörmətlə,

Məmmədova Rəhilə Zahid qızı, Əməkdar Artist.

Azərbaycan Respublikası, Gəncə şəhəri.