31 may 2018, 16:50

Məmmədhüseyn Hüseynovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin 2018-ci il mayın 27-də imzaladığınız Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Sərəncamınız bizə - ömrünü incəsənətə həsr edən insanlara yüksək qiymətin bariz nümunəsidir. Sənət adamlarının əməyini qiymətləndirmək, onlara dövlət qayğısını daha da artırmaq məqsədilə imzaladığınız bu Sərəncam qəlbimizdə fərəh və qürur hissi doğurur.

“Azərbaycan Xalq Cümhuriyyəti İli”ndə yaradıcılığımı, elmi və pedaqoji fəaliyyətimi yüksək qiymətləndirdiyinizə və məni “Azərbaycan Respublikasının əməkdar rəssamı” fəxri adına layiq gördüyünüzə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Bundan sonra da yaradıcılıq fəaliyyətimi, bütün qüvvə və bacarığımı Azərbaycan tanınması və şöhrətlənməsi naminə, təsviri sənətimizin şərəfli salnaməsinə yeni uğurlu səhifələrin yazılması üçün sərf edəcəyəm.

Qürur duyuram ki, incəsənət xadimlərinə ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan böyük qayğı bu gün Sizin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, ölkəmizin birinci xanımı Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Yüksək diqqət və qayğınıza görə bir daha Sizə sonsuz təşəkkürlərimi bildirirəm.

Sizin qayğınız şübhəsiz ki, mənim kimi ömrünü incəsənətə həsr etmiş yüzlərlə yaradıcı şəxsin üzərinə bundan sonra da Vətənimizin inkişafı və dövlətimizin dünyada layiqli yer tutması istiqamətində apardığınız məqsədyönlü və ardıcıl siyasəti dəstəkləmək və öz sahəmizdə daha böyük həvəslə çalışmaq məsuliyyəti qoyur.

Dərin ehtiram və minnətdarlıq hissi ilə,

Hüseynov Məmmədhüseyn Allahqulu oğlu,

Əməkdar Rəssam.

Azərbaycan Respublikası, Bakı şəhəri.