30 may 2018, 20:05

Faiq Qardaşovdan, Qusar, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin 2018-ci il 27 may tarixli “Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında” Sərəncamınızla mən “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüşəm.

Mədəniyyət sahəsində fəaliyyətimi yüksək qiymətləndirdiyinizə görə Sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Sizi əmin edirəm ki, mədəniyyətimizin inkişafı üçün bundan sonra da bütün bacarıq və qüvvəmi sərf edəcəyəm.

Hörmətlə,

Qardaşov Faiq Qardaş oğlu, Əməkdar Mədəniyyət İşçisi,

Qusar Dövlət Ləzgi Dram Teatrının direktoru.

Azərbaycan Respublikası, Qusar rayonu.