30 may 2018, 20:02

Ərşad Səmədovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin rəhbərliyinizlə ölkəmizin keçdiyi sürətli inkişaf yolu, bütün sahələrdə əldə olunan nailiyyətlər Azərbaycanı regionun ən qüdrətli dövlətinə çevirib. Sizin hər bir Azərbaycan vətəndaşına, eləcə də biz məcburi köçkünlərə göstərdiyiniz diqqət və qayğı hər birimizin qəlbində Zati-alinizə olan inam və məhəbbət hissini daha da artırır. Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyünüz işlər bu qəbildən olan insanların daimi dövlət qayğısı ilə əhatə olunmasının bariz nümunəsidir.

Sizin humanist və qətiyyətli addımlarınız sayəsində ölkəmizdə bütün çadır şəhərcikləri ləğv edilib. Respublikamızın hər yerində məcburi köçkünlər üçün yeni qəsəbələr salınır, köçkün ailələri hər bir şəraiti olan yeni mənzillərlə təmin olunurlar.

Bu günlərdə Qaradağ rayonu ərazisində salınmış “Qobu Park” yaşayış kompleksinin açılışında Sizin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın iştirakı hər zaman köçkünlərin yanında olmağınızın əyani sübutudur. Çıxışınızda qeyd etdiniz ki, bu yaşayış kompleksi köçkünlər üçün salınan sayca 98-ci şəhərcikdir.

Əziz Prezidentimiz, inanırıq ki, Sizin rəhbərliyinizlə gündən-günə inkişaf edən doğma Azərbaycanımızda yaxın gələcəkdə bir köçkün ailəsi də çətin şəraitdə yaşamayacaq.

Bütün bu işlərə görə laçınlı məcburi köçkünlər adından Zati-alinizə və Mehriban xanım Əliyevaya dərin sevgimizi və minnətdarlığımızı bildiririk. Sizin rəhbərliyinizlə tezliklə öz ata-baba yurdumuza qayıdacağımıza əminik.

Hörmətlə,

Səmədov Ərşad Xasay oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri.