29 may 2018, 19:00

Adəm Hüseynovdan, Masallı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin regionlara, əhalinin həyat səviyyəsinin yaxşılaşmasına göstərdiyiniz diqqət nəticəsində hər bir şəhər və rayonda, hər bir kənd və qəsəbədə çox mühüm işlər görülüb.

Kommunal infrastrukturun yaradılması və ya yenilənməsi, avtomobil yollarının əsaslı təmiri, yeni iş yerlərinin açılması əlbəttə ki, insanların güzəranının yaxşılaşmasına müsbət təsir göstərir.

Yaşadığımız Masallı rayonunun Məmmədxanlı kəndindən rayon mərkəzinə gedən yolun asfaltlanması, kəndimizə içməli su xəttinin çəkilməsi işlərinə başlanılması bizi çox sevindirir.

Hər birimiz Sizə duaçıyıq, cənab Prezident! Kənd ağsaqqalları adından Sizə öz minnətdarlığımızı bildiririk.

Dərin hörmətlə,

Hüseynov Adəm.

Azərbaycan Respublikası, Masallı rayonu, Məmmədxanlı kəndi.