Türkiyə Respublikasının Mersin Böyükşəhər Bələdiyyəsinin sədri Burhanəddin Kocamazdan

25 may 2018, 19:00


Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Sizi və Azərbaycan xalqını Mersin sakinləri adından, şəxsən öz adımdan səmimiyyətlə salamlayır, sülh, əmin-amanlıq və xoşbəxtlik diləyirəm.

Azərbaycanla Türkiyə arasındakı əlaqələri daim yüksək dəyərləndiririk. Vətəninizin birliyi və millətinizin müstəqilliyi uğrunda apardığınız mübarizədə qazanılmış zəfərin – bu yolda ən böyük addım olan Cümhuriyyətin yaradılmasının 100-cü ildönümündə Sizi Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm.

Birlik və bərabərlik ab-havasının davamlı olması, qardaşlığımızın gündən-günə daha da inkişaf etməsi, Vətənimizin gələcəyə güvənlə baxan daha güclü bir ölkə olması diləyi ilə ən səmimi sevgi və salamlarımı Sizə çatdırıram.

Hörmətlə,

Burhanəddin Kocamaz

Türkiyə Respublikasının Mersin Böyükşəhər Bələdiyyəsinin sədri

SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10