UNESCO-nun baş direktoru (2009-2017) İrina Bokovadan

23 may 2018, 20:00

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

İcazə verin, Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edim. UNESCO-nun 2009-cu ildən 2017-ci ilədək baş direktoru vəzifəsində çalışdığım dövrdə Azərbaycana etdiyim səfərlər və Sizin şəxsən təşkilata verdiyiniz dəstəklə bağlı məndə xoş xatirələr qalıb. 2015-ci ildə 70 illik yubileyini qeyd edən UNESCO-nun Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda Sizin iştirakınız təşkilatın qlobal sülhə və BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün mühüm rolunu təsdiqləyən güclü mesaj idi.

Mən vəzifədə olduğum dövrdə Azərbaycan və UNESCO arasındakı məhsuldar əməkdaşlığı, xüsusən də özümün başlanğıcdan iştirak etdiyim dörd Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsini xüsusilə vurğulamaq və buna görə bir daha səmimi minnətdarlığımı bildirmək istərdim. Bütün bunlar mübadilə, elm və sənət məkanı olan Azərbaycanın qədim İpək Yolunda uzun tarixini əks etdirir. Sözügedən forumlar nəticəsində yaranmış “Bakı Prosesi” qeyri-sabitlik və artan dözümsüzlüyə qarşı sülh və qarşılıqlı anlaşmanın axtarışında mühüm bir mərhələyə çevrilmişdir.

Mən Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun şifahi ənənələr və musiqi ənənələri sahəsində xoşməramlı səfiri xanım Mehriban Əliyevaya təşkilatın bir çox təşəbbüslərinə verdiyi dəstəyə görə xüsusilə minnətdaram.

Azərbaycanın 2013-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasına ev sahibliyi etməsi, irs və mədəniyyət sahələrində çoxsaylı fəaliyyətləri ümumi fikrin parlaq təzahürüdür ki, təhsil, mədəniyyət və mədəniyyətlərarası dialoq insan kapitalının və sülhün təməlidir.

Sizə və Azərbaycan xalqına uğurlar və firavanlıq arzulayıram.

Dərin hörmətlə,

İrina Bokova

UNESCO-nun baş direktoru (2009-2017)

SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:06
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının...

24 aprel 2024, 13:06
SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:04
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD...

24 aprel 2024, 13:04